Home Biznes və iqtisadiyyat xəbərləri Bayden yanvarda Putinlə şəxsi görüşün mümkünlüyünü istisna etməyib

Bayden yanvarda Putinlə şəxsi görüşün mümkünlüyünü istisna etməyib

188
0
SHARE

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yanvarda Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşünün mümkünlüyünü istisna etməyib.

Delaver ştatından olan jurnalistlər dövlət başçısına yanvarda rusiyalı həmkarı ilə şəxsən görüşüb-görüşməyəcəyini soruşublar.

“Baxarıq”, – deyə Bayden bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu ilin sonuna qədər iki ölkə liderlərinin görüşünün mümkünlüyünü açıqlamışdı. Eyni zamanda o qeyd etmişdir ki, bu məsələ ilə bağlı hələlik dəqiq razılıq yoxdur.