Home Biznes və iqtisadiyyat xəbərləri YAP Nizami rayon təşkilatının rəhbərliyi, gəncləri və qadın fəalları şəhid ailələrini və...

YAP Nizami rayon təşkilatının rəhbərliyi, gəncləri və qadın fəalları şəhid ailələrini və qaziləri ziyarət ediblər

207
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi, gəncləri və fəal qadınları Azərsun Holdinqin dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrini və qaziləri ziyarət ediblər.

Partiya fəalları şəhid ailələrinin nümayəndələri və qazilər ilə söhbət ediblər, qayğıları ilə maraqlanıblar, bayram sovqatını təqdim ediblər.

Ünsiyyət zaman qeyd olunub ki, bu gün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Yeni Azərbaycan Partiyası da bu baxımdan müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.

Şəhid ailələrinin nümayəndələri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə və qazilərə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.