Home Biznes və iqtisadiyyat xəbərləri 2022-2026-cı illəri əhatə edən yeni strategiya iqtisadiyyata nə qazandıracaq?

2022-2026-cı illəri əhatə edən yeni strategiya iqtisadiyyata nə qazandıracaq?

284
0
SHARE

Milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorun­da 5 faiz səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Milli Məclis” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu hədəflər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur.

“Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artımını proqnozlaşdırırıq. Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sek­torunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım göstəricilərindən söhbət gedir”, – nazir qeyd edib.