Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir – Mikayıl Cabbaro

Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir – Mikayıl Cabbaro

228
0
SHARE

Hesab edirik ki, iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi artım bərpa edilib ki, bu da olduqca önəmlidir.

“ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir. Tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətlənməsi nəzərə çarpır.

Qiymətləndirmələrə əsasən 2021-ci il üzrə iqtisadi artım tempinin 5 faizdən yuxarı olmasını gözləyirik. Bu, həm beynəlxalq təşkilatların, həm də bizim ilkin proqnozlarımızla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir”, – deyə nazir bildirib.