Home Biznes və iqtisadiyyat xəbərləri Sülhməramlıların Qazaxıstanı tərk edəcəyi vaxt açıqlandı

Sülhməramlıların Qazaxıstanı tərk edəcəyi vaxt açıqlandı

175
0
SHARE

KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında deyib.

Onun sözlərinə görə, qoşunların mərhələli şəkildə çıxarılması bu il yanvarın 13-dən başlayacaq və təxminən 10 gün çəkəcək.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Prezident Kasım-Jomart Tokayev vəziyyətlə bağlı yanvarın 5-də KTMT-yə müraciət edib və KTMT-nin sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıblar.