Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyə Prezidenti: Ermənistanın bölgədə yaranmış sülh fürsətini dəyərləndirərək Azərbaycanla faydalı əlaqələr qurması...

Türkiyə Prezidenti: Ermənistanın bölgədə yaranmış sülh fürsətini dəyərləndirərək Azərbaycanla faydalı əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir

243
0
SHARE

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni dövrə keçmişik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Avropa İttifaqı (Aİ) ölkələrinin Türkiyədə akkreditasiya olunmuş səfirlərinin toplantısındakı çıxışında deyib.

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün proseslərə başladığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədə yaranmış sülh fürsətini yaxşı dəyərləndirərək Azərbaycanla faydalı əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir”.

Çıxışında Türkiyə-Avropa İttifaqı münasibətlərinə də geniş yer ayıran Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici siyasətinin ayrı-ayrı istiqamətlərinə toxunub, qonşu dövlətlərlə münasibətlərindən danışıb və dünyadakı ikili standartların davam etməsindən təəssüfünü bildirib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara