Home Cəmiyyət “BOS Şelf” kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib – FOTO

“BOS Şelf” kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib – FOTO

201
0
SHARE

Bos Şelf

Yanvarın 20-də “BOS Şelf” şirkətinin kollektivi vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edib.

Bos şelf

Azərbaycanın müstəqilliyi uğrunda həlak olan vətəndaşlarımızın anım mərasimi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən 20 Yanvar şəhidlərinə həsr olunmuş abidənin qarşısında baş tutub. Anım mərasimində BOS Şelf-in Baş direktor vəzifəsini icra edən Nazim Hüseynov, şirkətin rəhbər heyəti, Həmkarlar İttifaqı Komitəsinin sədri Allahyar Əyyubov və əməkdaşları iştirak ediblər.Mərasim zamanı şəhidlərə həsr olunmuş abidənin qarşısına güllər düzülüb, 1990-cı ilin 20 Yanvarında qəhrəmancasına həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükütla anılıb. Azərbaycanın müstəqilliyə doğru yolunu canları bahasına qorumuş şəhidlərimizin əziz xatirəsi unudulmayacaq!