Home Biznes və iqtisadiyyat xəbərləri “TRT-Azərbaycan” radiosu Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin tam mətnini yayıb

“TRT-Azərbaycan” radiosu Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin tam mətnini yayıb

192
0
SHARE

Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a verdiyi müsahibənin tam mətni “TRT-Azərbaycan” radiosunun rəsmi saytı tərəfindən operativ şəkildə yayımlanıb.

Müsahibədə prezidentlik dövründə Gəncəyə 18 dəfə səfər etdiyini diqqətə çatdıran dövlətimizin başçısı əminliklə bildirib ki, Azərbaycanın ikinci böyük şəhərinin inkişafı, eləcə də genişlənməsi, müasirləşməsi və yüksək təchizatı hər zaman prioritet olub.

Müsahibəsində İkinci Qarabağ müharibəsinin nəticələrinə geniş yer ayıran Prezident İlham Əliyev terrorçu Ermənistanın Gəncədə törətdiyi ağır cinayətlərin səbəb və məqsədləri barədə də müfəssəl məlumat verib.

İşğalçı niyyətli Ermənistanı faşizm ideologiyasından bəhrələnməkdə kəskin ittiham edən Prezident İlham Əliyev deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara