Home Cəmiyyət Budur-Azərbaycan dövlətinin söykəndiyi, arxalandığı, güvəndiyi, etibar etdiyi qüvvə-gənclik!..

Budur-Azərbaycan dövlətinin söykəndiyi, arxalandığı, güvəndiyi, etibar etdiyi qüvvə-gənclik!..

292
0
SHARE
Jalə Əliyeva

“Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.
Dövlət başçımız bu fikirləri cəmi saatlar öncə, iki fevral tarixində, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, təsis edilən 2 fevral-Gənclər Günü ilə bağlı keçirilən tədbirdə, forumda-gənclərlə görüşündə dilə gətirdi.
Bəli, Müzəffər Ali Baş Komandan gənclərlə görüşündə-istər çıxışında, istərsə gənclərlə açıq, sərbəst, səmimi müzakirələrdə çox önəmli, çox dəyərli fikirlər səsləndirdi, yenə bir sıra mühüm mesajlar verdi, xəbərdarlıqlar, çağırışlar etdi.
“İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi”-deyən ölkə Prezidenti bəyan etdi ki, ötən dövrdə bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.
Bəli, həmin vaxtdan Azərbaycan sözün əsl mənasında dəyişdi, dinamik, sürətli, sıçrayışlı inkişaf yolu keçdi.
Azərbaycanın bütövlükdə, büsbütün siması dəyişdi, gözəlləşdi.
İmzasını imzalar içində qoydurdu, dünyanın söz və nüfuz sahiblərindən, əsas aktorlarından birinə çevrilməyi bacardı.
Bəli, müharibə-Birinci Qarabağ Savaşını görməyən bir nəsil qısa zaman ərzində əsl milli-hərbi vətənpərvərlik ruhunda böyüdü, böyüdüldü.
Bu nəsil 2016-cı il Aprel döyüşlərində öz sözünü dedi.
Bu nəsil, bu gənclik 2020-ci ilin iyul ayında və tarixi 44 günlük İkinci Vətən Müharibəsində öz sözünü dedi və son nöqtəni qoydu.
Tarixi Qələbə və Zəfərimizin əsas qəhrəmanları oldular.
32 illik qanlı Qarabağ savaşına cəmi 44 gün ərzində son qoyulmasında canları, qanları ilə imza atdılar, qəhrəmanlıq Dastanı yazdılar.
Baş müəllifi Müzəffər Ali Baş Komandan olan 44 günlük Dastanın əsas qəhrəmanları oldular.
Budur-Azərbaycan dövlətinin gücü, qüdrəti!
Budur-ölkə Prezidentinin müdrik, düşünülmüş və uzaqgörən siyasəti!
Budur-uğurlu dövlət gənclər siyasəti!
Budur-Azərbaycan dövlətinin söykəndiyi, arxalandığı, güvəndiyi, etibar etdiyi qüvvə-gənclik!
Budur-tarixi Qələbə və Zəfərimiz!
Qeyd etdiyimiz kimi, gənclərlə görüşündə bir sıra mühüm çağırışlar edən ölkə Prezidenti bir daha gənclərimizi milli-mənəvi dəyərlərimizin daşıyıcısı olmağa, dəyərlərimizi qoruyub-saxlamağa, yaşatmağa çağırdı, səslədi.
“Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”-deyə, bəyan edən Ali Baş Komandanımız altını cızaraq vurğuladı ki, bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var.
Ana dilimiz də məhz bu milli dəyərlərin tərkib hissəsidir.
Biz azad olmadığımız dövrdə onu qorumuşuq.
Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük.
Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir – ya təbii olaraq, ya qəsdən.
Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində.
Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.Bəli, bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır.
Belə olsa və belə olarsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq.
Görüş zamanı ən mühüm səslənişlərdən, çağırışlardan biri də gənclərimizin içki və tütün kimi zərərli vərdişlərdən çəkinmələri ilə bağlı oldu.
Ölkə Prezidenti bununla bağlı xüsusi olaraq bildirdi ki, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq.
Çünki idman həm ölkənin şöhrətini ucaldır, eyni zamanda, bu, daha çox kütləvi məna daşıyır.
Çünki idmanın kütləviliyi daha çox vacibdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir.
Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir.
Dövlət başçısı “Xüsusilə son vaxtlar biz görürük ki, indi idman avadanlıqları istehsal edən firmalar çox belə müasir avadanlıqlar təqdim edirlər. Hətta Bakıda, Bakının bütün yeni parklarında mənim göstərişimlə açıq idman meydançaları yaradılıb. Yaxşı olar ki, kənd yerlərində də bunlar yaradılsın, həm hazırlıq, eyni zamanda, sağlamlıq üçün. Çünki hər bir gənc əlbəttə ki, idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək”-deyərək, bəyan etdi ki, əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək.
Çünki siqaret çəkən idmançı idmanda uğur qazana bilməz. Yəni, onun nəfəsinə, ağciyər imkanlarına təsir göstərir. Alkoqollu içkilər də, həmçinin.
Bəli, vurğulandğı kimi, gənclər bundan uzaq olmalıdır, buna ehtiyac yoxdur.
Xüsusilə, narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir.
Yaxşı olar ki, siqaret də çəkməsinlər, alkoqollu içkilər də içməsinlər. Çünki buna bilirsiniz ehtiyac yoxdur. Təmiz hava udmaq əvəzinə, insanlar götürürlər öz içinə zəhər salırlar. Nəyə lazımdır?
Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir.
Ona görə də idmanın kütləviliyini təmin etmək üçün hesab edirik ki, yeni proqram tərtib edilməlidir və yeni yarışlar təşkil oluna bilər.
O yarışlar ki, bütün ölkəni əhatə edir.
Hesab edirik ki, Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu məsələ ilə məşğul olacaq, qısa zaman ərzində Ali Baş Komandanın son çağırışına əməli addımları ilə cavab verəcəklər.
Bəli, saatlar öncə daha bir Tarix yazıldı, Ali Baş Komanda daha bir Tarix yazdı.
Yazılan Tarixlərimiz bol, Uğurlu və Zəfərli olsun!
Jalə ƏLİYEVA,
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor