Home Biznes və iqtisadiyyat xəbərləri Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7 mindən çox yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7 mindən çox yoluxma faktı qeydə alınıb

193
0
SHARE

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 7474 yoluxma faktı qeydə alınıb, 4840 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 698 min 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646 min 378 nəfər müalicə olunaraq sağalıb, 8 min 871 nəfər vəfat edib. Aktiv xəstə sayı 43 min 404 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 43, bu günə qədər isə ümumilikdə 6 milyon 267 min 457 test icra olunub.