Home Biznes və iqtisadiyyat xəbərləri NATO Rusiya ilə məsələdə siyasi həll yollarını tapmağa hədəflənib – Yens Stoltenberq

NATO Rusiya ilə məsələdə siyasi həll yollarını tapmağa hədəflənib – Yens Stoltenberq

293
0
SHARE

NATO Rusiya ilə bağlı məsələdə siyasi həll yollarını tapmağa ciddi hədəflənib.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Serbiyanın “Vesti” kanalına müsahibəsində bildirib.

O, alyans tərəfindən Rusiyaya konkret təkliflərin təqdim olunduğunu qeyd edib.

“Biz silahlara nəzarət, hərbi sahədə şəffaflıq, raketlər və bir çox başqa məsələləri müzakirə etməyə hazırıq. Biz Rusiyanı müxtəlif məsələlərdə onun narahatlığını dinləyəcək və siyasi yollarla yaranmış vəziyyətdən çıxış yolunu tapa biləcəyimiz Rusiya-NATO formatında Şuraya dəvət etdik”, – Y. Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, NATO-nun məqsədi sülhü qorumaq və üzvləri müdafiə etməkdir.