Home Biznes və iqtisadiyyat xəbərləri AMEA-da struktur islahatların aparılmasına və idarəetmənin müasir dövrün prinsiplərinə uyğun qurulmasına zərurət...

AMEA-da struktur islahatların aparılmasına və idarəetmənin müasir dövrün prinsiplərinə uyğun qurulmasına zərurət var.

197
0
SHARE

Bu gün elm və təhsil sahəsində  əldə edilən uğurların arxasında Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi yüksək iqtisadi-siyasi strategiyanın nəticələri danılmazdır.

Ölkədə neft vəsaitlərinin idarə olunması sahəsində uğurlu idarəetmənin həyata keçirilməsi ilə, “qara qızıl”ın qeyri-neft sektorunun inkişafına yönəltməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Son illərdə Azərbaycan hökuməti neft və qaz ehtiyatlarının satışından əldə olunan gəlirləri “insan kapitalının” inkişafına yönətməklə, müasir dünya reallıqlarına cavab verən kadr hazırlığı istiqamətində uğurlu nəticələr əldə etmişdir.

Sevindirici haldır ki, son dövrlərdə ölkədə təhsilin keyfiyyətinin artırılması, milli təhsil sisteminin müasir dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan islahatların aparılması istiqamətində işlər uğurla davam edir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyən ölkə Prezidenti cənab İlham Əliyev ölkənin və cəmiyyətin inkişafda təhsilin və elmin rolunu yüksək dəyərləndirərək, bu sahənin inkişafı üçün ardıcıl qərarlar qəbul etmişdir.

Aparılan təhsil islahatlarının əsas məqsədi müasir yanaşmalar əsasında təhsilin səmərəliliyini artırmaq, dünya təcrübəsinin uğurlu cəhətlərini milli təhsilə tətbiqini sürətləndirməkdir.

Danılmaz faktdır ki, müasir dövrdə hər bir ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi elm və innovasiya sayılır.

Qloballaşan dünyanın bir parçası olaraq sözssüz ki, bu gün Azərbaycan elminin qarşısında yeni vəzifələr və baxışlar dayanır. Bu baxımdan qeyd etmək istərdim ki, təhsildə aparılmış islahatlarla yanaşı elmdə, xüsusi ilə Azərbaycan Milli Elmlər Akademiyasında da bu qəbildən olan struktur islahatların aparılmasına və idarəetmənin müasir dövrün prinsiplərinə uyğun qurulmasına zərurət var.

Bu gün AMEA bütün fəaliyyət istiqamətləri üzrə elmi, texniki nailiyyətlərini ortaya qoymalı, qloballaşan dünyada baş verən sürətli elmi inkişaf konsepsiyalarına uyğun yeni dəyərlər formalaşdırmalı olduğu halda təəssüf ki, biz bunun tam şahidi ola bilmirik

Müasir dünyada elm sahəsinin inkişafında başlıca amillərdən biri məhz bu sahədə fəaliyyət göstərən şəxslərin siyasətdan kənarda olmaları, cəmiyyətin bütün təbəqələrinin maraqlarına xidmət edəcək elmi nəaliyyətlər ortaya qoymaq istiqamətində işlər görməsidir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, son dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyası ətrafında baş verən hadisələr cəmiyyətdə böyük rezonans doğurmuşdur.

Müasir dövr dünya elminin uğurlarını, nəzərə alaraq bir daha vurğulamaq istərdim ki, Azərbaycan elminin mərkəzi sayılan Milli Elmlər Akademiyasında yeni idarəçilik yanaşmalarının tətbiqinə ciddi əsaslar var.

 

Şahin Seyidzadə

Millət vəkili