Home Biznes və iqtisadiyyat xəbərləri Bayden və Conson Rusiya və Ukrayna ilə təmasları müzakirə ediblər

Bayden və Conson Rusiya və Ukrayna ilə təmasları müzakirə ediblər

167
0
SHARE

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson telefon danışığı zamanı Rusiya və Ukrayna rəhbərliyi ilə təmasların gedişatını müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, danışıq zamanı, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi və Moskvaya qarşı mümkün yeni sanksiyaların hazırlanması müzakirə olunub.

Bildirilib ki, C.Bayden və B.Conson “Ukrayna və Rusiya ilə son diplomatik əlaqələr” haqqında fikir mübadiləsi aparıblar:

“Onlar həmçinin Rusiyanın Ukrayna ilə sərhəddə davam edən hərbi güclənməsinə cavab olaraq davam edən diplomatiya sahəsində və çəkindirmə səylərini nəzərdən keçirib və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər”.