Ermənistan yaxın gələcəkdə Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənədin imzalanmasına ümid edir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.
O bildirib ki, hazırda həmin dəmir yolunun Ermənistan hissəsinin tikintisi üzrə konkret işlər görülür.
“Texniki işlər artıq başlayıb. Yaxın gələcəkdə Azərbaycanla razılaşmaların əldə olunacağına və prosesin inkişafına ümid edirik”, – N.Paşinyan deyib.