Home Biznes və iqtisadiyyat xəbərləri ABŞ Enerji Departamenti strateji ehtiyatdan 30 milyon barel neft çıxaracağını təsdiqləyib

ABŞ Enerji Departamenti strateji ehtiyatdan 30 milyon barel neft çıxaracağını təsdiqləyib

234
0
SHARE

ABŞ Energetika Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkənin strateji ehtiyatından 30 milyon barel neft çıxaracağını təsdiqləyib.

Nazirlik yaydığı bəyanatda bildirir ki, müvafiq elanı martın 2-də etməyi planlaşdırır.

Vurğulanır ki, bu addım Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkənin qlobal neft bazarlarına Rusiya-Ukrayna böhranı nəticəsində tədarük çatışmazlığının olmayacağına dair siqnal vermək üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft çıxarmaq razılığı çərçivəsində atılır.