Home Biznes və iqtisadiyyat xəbərləri ÜST dünyada koronavirusa yoluxanların sayında azalma olduğunu bildirir

ÜST dünyada koronavirusa yoluxanların sayında azalma olduğunu bildirir

365
0
SHARE

Ötən həftə ərzində koronavirusa yoluxanların sayı əvvəlki 7 günlə müqayisədə 16%, ölənlərin sayı isə 10% azalıb.

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Qeyd olunur ki, son bir həftə ərzində 10 milyondan çox insan koronavirusa yoluxub, 60 mindən çox insan dünyasını dəyişib.

Belə ki, 21-27 fevral tarixlərində yeni yoluxanların sayına görə üstünlük təşkil edən Avropada azalma 24% təşkil edib.