Home Biznes və iqtisadiyyat xəbərləri Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?

Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?

256
0
SHARE

İl ərzində müharibədən zərər çəkən ailə və uşaqlarla müxtəlif proqramlar əsasında psixososial işin aparılması davam etdiriləcək. Yay aylarında Ağdam rayonu ərazisində iki icmada ailələrlə psixososial işin aparılması nəzərdə tutulur.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (Şüvəlan, Goranboy, Ağdam, Göygöl, Qəbələ, İsmayıllı, Zaqatala, Zərdab, Sabirabad, Saatlı, Hacıqabul) fəaliyyəti nəticəsində 773 şəhid və qazi ailəsinə səfər edilib, ilkin psixososial qiymətləndirmə aparılmış və uşaqlara psixoloji dəstək göstərilib, ailənin ehtiyaclarına uyğun digər yardımlar da edilib və hazırda bu işlər davam etdirilir.

“BMT-nin Uşaq Fondu (UNİCEF) və “ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi ilə birgə müharibədən zərər çəkən ailə və uşaqlarla psixososial dəstək işinin aparılması məqsədi ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayına qədər davam edən “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi Goranboy, Ağdam və Tərtər rayonlarında, eləcə də Gəncə şəhərində həyata keçirilib. Layihə çərçivəsində müharibədən zərər çəkən 1400-dən çox ailəyə səfər edilib, psixososial qiymətləndirilmə aparılıb, 2400 uşağın ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi aparılıb.

Postmüharibə dövründə psixososial dəstəyin davam etdirilməsi məqsədilə, Ağdam rayonunun İmamqulubəyli kəndində 6-16 yaşlı 400 uşağın iştirak ilə 1 ay ərzində “Uşaq və yeniyetmələrə psixososial dəstəyin göstərilməsi” layihəsi çərçivəsində Komitə tabeliyində fəaliyyət göstərən Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq və sosial işçiləri layihəyə cəlb olunaraq uşaqların ilkin psixososial qiymətləndirilməsi əsasında yaş qruplarına müvafiq fərdi və qrup terapiyası aparılıb, inkişafetdirici məşğələlər, psixoloji treninqlər və inteqrativ oyunlar keçirilib. Həmçinin Göygöl UADM tərəfindən travma yaşamış uşaqların psixoloji və fiziki rifahına olan mənfi təsirin araşdırılması və ilkin psixososial yardımın göstərilməsi məqsədilə tədbirlər keçirilib. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən şəhid və qazi ailələrindən olan 80 uşaqla təlim keçirilib”, – deyə məlumatda bildirilib.