Ötən həftə ərzində koronavirusa yoluxanların sayı əvvəlki 7 günlə müqayisədə 16%, ölənlərin sayı isə 10% azalıb.
Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.
Qeyd olunur ki, son bir həftə ərzində 10 milyondan çox insan koronavirusa yoluxub, 60 mindən çox insan dünyasını dəyişib.
Belə ki, 21-27 fevral tarixlərində yeni yoluxanların sayına görə üstünlük təşkil edən Avropada azalma 24% təşkil edib.