Home Biznes və iqtisadiyyat xəbərləri Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final gününə start verilib...

Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final gününə start verilib (FOTO)

195
0
SHARE

Bu gün Bakıda Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının final gününə start verilib.

Bu gün, günün birinci yarısında 13-19 yaş kateqoriyası üzrə idmançılar arasında təsnifat mərhələsi keçiriləcək.

Balans hərəkətlərini qadın qruplar, temp hərəkətləri isə qadın cütlüklər tərəfindən təqdim olunacaq. Kvalifikasiyada Azərbaycanı Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Bu təsnifat mərhələsinin nəticələrinə əsasən qadın cütlükləri və qrupları arasında finalçılar müəyyənləşəcək.

Bundan əlavə, saat 15:00-da 13-19 yaş kateqoriyası üzrə gimnastlar arasında final yarışları başlayacaq. Finalın nəticələrinə əsasən qadın, qarışıq və kişi cütlükləri, eləcə də kişi və qadın qrupları arasında qalib və mükafatçılar bəlli olacaq.

Ad – 00:30
Samsung Galaxy S22

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Foto: Zaur Mustafayev