Home Biznes və iqtisadiyyat xəbərləri XİN: Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk etmiş azərbaycanlılardan daha 180 nəfəri...

XİN: Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk etmiş azərbaycanlılardan daha 180 nəfəri Vətənə gətirilib

193
0
SHARE

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılardan daha 180 nəfəri Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə ölkəmizə gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterdəki səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunub ki, sərnişinlərin 6-sı körpədir.

İndiyədək 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gətirilib.