Home Biznes və iqtisadiyyat xəbərləri ABŞ NATO ölkələrinə Ukraynaya döyüş təyyarələri tədarükü üçün razılıq verib

ABŞ NATO ölkələrinə Ukraynaya döyüş təyyarələri tədarükü üçün razılıq verib

168
0
SHARE

ABŞ NATO üzvü olan ölkələrinin Ukraynaya döyüş təyyarələri tadarükü üçün razılıq verib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala “buna yaşıl işıq yanıb”, – cavabını verib.

ABŞ dövlət katibi onu da qeyd edib ki, Varşava Ukraynaya təyyarələr göndərmək qərarına gələrsə, Vaşinqton polşalı qırıcıları əvəz etmək imkanları barədə düşünə bilər.

“Hazırda polşalı dostlarımızla, onlar həqiqətən də bu döyüş təyyarələrini Ukraynaya tədarük etmək qərarına gəldiyi təqdirdə, onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə edirik”, – E. Blinken bildirib.