Home Biznes və iqtisadiyyat xəbərləri Prezidentin səfəri Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm...

Prezidentin səfəri Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir

310
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfəri dünyada və regionumuzda baş verən mürəkkəb geostrateji proseslər kontekstində baş tutdu. İstər regional, istərsə də qlobal siyasi proseslər baxımından diqqətçəkici olan bu səfər hər şeydən öncə dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu gün Yaxın Şərq və postsovet məkanında hibrid və vəkalət müharibələrinin alovlandığı bir vaxta Türkiyə və Azərbaycanda sülh və əminamanlığın mövcud olması hər şeydən öncə Prezident İlham Əiyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan aldıqları mühüm strateji qərarlarla 21-ci əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi düşüb. Məhz alınan kritik qərarlar bu gün Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində iki ölkənin qarşılıqlı maraqları çərçivəsində bütün məsələlərin müzakirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Görüşün 4 saatdan çox davam etməsi yeni dünya nizamında iki qardaş ölkənin oyanayacağı rolun koordinasiya edilməsi, çoxqütblü beynəlxalq sistemdə strateji müttəfiq olaraq onların yerinin və rolunun müəyyən edilməsi ilə zəruri idi. Hazırda dünyada baş verən mürəkkəb proseslər kontekstində milli dövlətlərin öz təhlükəsizliyini təmin etməsi olduqca çətin bir vəzifəyə çevirilib. Hazırda etnik və demoqrafik baxımdan yaxın olan xalqlar belə biri digəri üçün təhlükə və təhdid kimi görülür. Ancaq türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük liderlərdən olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qəbul etdikləri strateji və uzaqgörən qərarlarla iki qardaş ölkənin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm tarixi vəzifənin öhdəsindən layiqincə gəlirlər. Hazırda ortaq etnik kökdən, ortaq mədəniyyətdən və siyasi keçmişdən gələn xalqların bir-biri ilə amansız müharibə apardığı bir vaxta Türkiyə Azərbaycan dostluğu və qardaşlığı bir möcüzədir. Bu möcüzənin müəllifləri isə iki qardaş ölkənin Prezidentləridir. İndi son bir neçə ildə baş verən hadisələrə bir daha diqqətlə nəzər saldıqda Şuşa bəyannaməsinin nə qədər vaxtında və yerində imzalanmış bir müttəfiqlik sənədi olduğunu aydın görmüş oluruq. Bu sənəd mümkün bütün təhdid və təhlükələrə qarşı iki qardaş ölkənin gücünü birlikdə səfərbər edərək öz təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradır. Şübhəsiz ki, Azərbaycanın böyük uzaqgörənliklə vaxtında aldığı qərarlar bugünkü müttəfiqliyimizin iqtisadi və geostrateji əsaslarını təşkil edir. Əgər vaxtında Bakı -Tibilisi -Ceyhan, Bakı- Tibilisi -Kars, Bakı -Tbilisi -Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm strateji layihələr həyata keçirilməsə idi milli gücümüzün iqtisadi komponetləri bu qədər zəngin olmazdı. Əldə etdiyimiz tarixi zəfərimizdən sonra isə bu layihələrin davamı olaraq Zəngəzur dəhlizinin açılması zəruri şərt kimi ortaya çıxır. Bu dəhlizin açılması bütün region ölklərinin starteji maraqları çərçivəsindədir ki, bu da Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində mümkün olub. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə Azərbaycan müttəfiliyinin daha da dərinləşməsi və regionumuzda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edəcək.