Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya pandemiya ilə əlaqədar Azərbaycana uçuşlara tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb

Rusiya pandemiya ilə əlaqədar Azərbaycana uçuşlara tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb

203
0
SHARE

Rusiya COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq aviareyslərə tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, martın 9-dan etibarən Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana müntəzəm və qeyri-müntəzəm uçuşlara tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl, müvafiq qərar Belarus, Türkiyə, Misir (Qahirə istisna olmaqla), BƏƏ və digər ölkələrlə bağlı qəbul edilmişdi.