Home Gündəm Sahibə Qafarova Çili səfiri ilə görüşüb

Sahibə Qafarova Çili səfiri ilə görüşüb

184
0
SHARE

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb.

TAN.AZ xəbər verir ki, spiker Azərbaycanla Çili arasında diplomatik əlaqələrdən, münasibətlərimizin hazırkı vəziyyətindən danışıb.

Qeyd olunub ki, Azərbaycan və Çili ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Həmçinin,bildirilib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvləridir və bu, əməkdaşlıq üçün vacib platformadır.

Spiker deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Çili Milli Konqresinin Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərməsi təqdirəlayiqdir: “İnanırıq ki, yeni seçilmiş Deputatlar Palatasında da belə bir qrup formalaşacaq”.

Milli Məclisin sədri qarşılıqlı təmasların, səfərlərin məlumatlılığın artırılması, xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətindən danışıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.