Home Gündəm Ceyhun Bayramov Brüsselə yola düşüb

Ceyhun Bayramov Brüsselə yola düşüb

189
0
SHARE

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.