Home Gündəm Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı məktubu ünvanlayıb

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı məktubu ünvanlayıb

192
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qudauridə helikopterin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar gürcüstanlı həmkarı Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

TAN.AZ xəbər verir ki, dövlətimizin başçısı məktubunda Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olmasından son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Salome Zurabişviliyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.