Home Gündəm Gürcü deputatlar Azərbaycan-Aİ enerji memorandumunun imzalanmasını alqışlayıb

Gürcü deputatlar Azərbaycan-Aİ enerji memorandumunun imzalanmasını alqışlayıb

196
0
SHARE

Ukraynada müharibə fonunda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Gürcüstan ərazisindən də keçən təbii qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutan Anlaşma Memorandumun imzalanması Qərbin və ABŞ-ın Gürcüstanda sülhdə maraqlı olduğunun sübutudur.

TAN.AZ xəbər verir ki, bu, Gürcüstan parlamentinin bir qrup deputatının birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, 20-ci əsrin sonlarından etibarən ABŞ Xəzər dənizinin qərbindəki alternativ enerjinin Avropaya çatdırılmasında Gürcüstanın geosiyasi önəmə malik tranzit ölkə rolunu dəstəkləyib.

Qeyd olunub ki, ABŞ-ın yardımı ilə Gürcüstanın İkinci Qarabağ müharibəsindən sonra uzunmüddətli sülh və sabitliyə nail olunması istiqamətində rolu artıb.

Vurğulanıb ki, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanda saxlanılan ermənilərlə minalanmış ərazilərin xəritəsinin mübadiləsi, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Tbilisidə birbaşa danışıqların aparılması ABŞ və Qərbin regionda uzunmüddətli sülh və firavanlıqda maraqlı olduğunu, müharibə istəmədiyini sübut edir.