Home Gündəm Bu gün Xocavənd rayonunda Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb

Bu gün Xocavənd rayonunda Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb

204
0
SHARE

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.