Home Gündəm Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib

210
0
SHARE

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.