Home Gündəm Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıb

145
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

TAN.AZ xəbər verir ki, dövlətimizin başçısı məktubunda Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.