Home Gündəm Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəlib

163
0
SHARE

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

TAN.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.