Home Gündəm Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər

Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər

138
0
SHARE

Milli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Vyana şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində deputatlarımızın parlamentdə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin perspektivləri və ikitərəfli münasibətlərin gələcək inkişafı barədə müzakirələr aparılacaq.

Səfər oktyabrın 4-də başa çatacaq.