Home Gündəm Azərbaycan Prezidenti: Qırğızıstana səfərim böyük əhəmiyyət kəsb edir

Azərbaycan Prezidenti: Qırğızıstana səfərim böyük əhəmiyyət kəsb edir

132
0
SHARE

Qırğızıstana hazırkı səfərim böyük əhəmiyyət kəsb edir. Bu mənim Qırğızıstana ilk rəsmi dövlət səfərimdir. Bundan öncə iki dəfə beynəlxalq tədbirlər çərçivəsində burada səfərdə olmuşam. Qırğızıstan Prezidentinin də dediyi kimi, cəmi yarım il əvvəl o, Bakıda səfərdə olub. Bu gün isə mən buradayam.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Qırğızıstan dövlət başçısı Sadır Japarovla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

“Bu ondan xəbər verir ki, biz nəzərdə tutulmuş işləri daha tez reallaşdırmaq niyyətindəyik. Ümumiyyətlə, cavab səfərləri bir ildən az müddətdə baş vermir. Bu onun göstəricisidir ki, biz nəticəyə köklənmişik”, – Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti böyük məmnuniyyətlə qeyd edib ki, Bakı görüşündə əldə olunmuş razılaşmaların bir hissəsi artıq reallaşdırılıb.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiyaların, iş yerlərinin artmasına xidmət edəcək və həmçinin, ticari-iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün zəmin yaradacaq.