Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.
TAN.AZ-ın xəbərinə görə, birgə iclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda komitələrin üzvləri, parlamentdə təmsil olunan partiyaların nümayəndələri iştirak ediblər.
Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.