Home Cəmiyyət “Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol aparılan daxili və xarici siyasətin təzahürüdür”- Deputat

“Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol aparılan daxili və xarici siyasətin təzahürüdür”- Deputat

565
0
SHARE
İlham Məmmədov

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, müxtəlif ölkələrdən qonaqlar və ekspertlər iştirak ediblər. Cənab prezidentin çıxışı və qonaqların suallarına verdiyi cavablar dünya ictimaiyyətinin marağını cəlb edib və geniş müzakirə olunub.

ADA Universitetində keçirilən bu konfranslar əvvəl aparılan və bu dəfə aparılan müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verir. Təbii ki, mövzunun əhatəliliyi daha geniş idi. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalı idi. Aydın məsələdir ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil. Dövlət başçımızın qeyd etdiyi kimi, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Hazırda Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol , düşüünülmüş daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması – bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir.

Prezident diqqətə çatdırdı ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb. Tədbir iştirakçılarına da bəlli oldu ki, iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.

Dövlət başçımız, həmçinin Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalandığını, Azərbaycan – Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf etdiyini diqqətə çatdırdı və bildirdi ki, hazırda təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz.

İran və Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəciyini diqqətə çatdıran möhtərəm Prezidentimiz Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlüklərinin olmadığını bildirdi. Diqqətə çatdırdı ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. Möhtərəm cənab Prezident İlham Əliyev digər sualları da cavablandırarkən, Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələrdən söhbət açdı. Azərbaycanın Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırıldığı xüsusi vurğulandı.