Home Gündəm Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

135
0
SHARE

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.