Home Gündəm Azərbaycan münaqişə səhifəsini normal qonşuluqla əvəzləmək niyyətində qətiyyətlidir

Azərbaycan münaqişə səhifəsini normal qonşuluqla əvəzləmək niyyətində qətiyyətlidir

118
0
SHARE

Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir.

TAN.AZ xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin Türkmənistanın Avaza şəhərində keçirilən birgə iclasında deyib. 

Nazir iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflərin qarşı tərəfə təqdim edildiyini bildirərək, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələrin keçiriləcəyini diqqətə çatdırıb. 

“Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ümid edirik ki, tərəfimizdən sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaqdır. Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir”, – deyə C.Bayramov qeyd edib.