Home Gündəm Tarixdə nadir hallarda misilsiz xidmətləri ilə qızıl hərflərdən ibarət əbədi tarix yazan...

Tarixdə nadir hallarda misilsiz xidmətləri ilə qızıl hərflərdən ibarət əbədi tarix yazan böyük şəxsiyyətlər yetişir.

166
0
SHARE
İlham Məmmədov

Ölkəsinin və xalqının maraqlarını layiqincə təmin edən, gənc yaşlarından peşəkar fəaliyyəti ilə xalqımızın sevimlisinə çevrilən, amalı məhz müstəqil və sarsılmaz Azərbaycan olan dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz adını müdrik liderlər siyahısına yazdırmış əvəzsiz şəxsiyyətdir! İndiki və gələcək nəsillər bugün olduğu kimi, zaman keçdikcə də tarixi hadisələrə daha dərindən nəzər yetirib, müstəqil, güclü bir dövlətdə firavan yaşadıqları üçün Prezident İlham Əliyevə əbədi təşəkkür hissini ifadə edəcəkdir. Bu gün Azərbaycana Ulu öndərimiz, təkrarolunmaz dahi şəxsiyyət, müstəqil müasir Azərbaycanın banisi Heydər Əliyevin işıqlı yolunun layiqli davamçısı Zəfər Sərkərdəmiz cənab İlham Əliyev başçılıq edir. Əldə etdiyimiz saysız-hesabsız nailiyyətlərə baxsaq görərik ki, dahi Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Qürur hissi ilə söyləyə bilirik ki, Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalan möhtərəm Prezidentimizin peşə fəaliyyəti şərəfli yol keçmişdir. Doğma Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyev bildiyimiz kimi 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın Sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub və həmin ilin oktyabr ayından etibarən Azərbaycana rəhbərlik edib, ölkəmizi uğurlu inkişafın pik həddinə çatdırmışdır.2003-cü ildə Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan cənab İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bəli, Azərbaycan xalqı möhtərəm Prezidentin əvəzsiz xidmətlərini daim yüksək qiymətləndirir və seçkilərdə əldə olunan müsbət nəticələr də məhz bu sevginin bariz nümunəsidir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu gün dünyada cərəyan edən gərgin proseslərə, iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı bir sıra çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir və liderimizin rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasəti bizim xoşbəxt,firavan gələcəyimizi layiqincə təmin edir. İftixar hissi ilə qeyd olunacaq hadisədir ki, Ölkə Prezidenti cənab İlham Əliyev daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bu möhtəşəm diqqət, fasiləsiz zəhmət bir daha onu göstərir ki, möhtərəm Prezidentimizin amalı xalqımızın rifahı, Azərbaycanın əbədi müstəqilliyi və sarsılmazlığı naminədir.

İlham Məmmədov. Millət vəkili