Home Gündəm Laçın-Xankəndi yolu: Aksiya sivil qaydalar çərçivəsində davam edir

Laçın-Xankəndi yolu: Aksiya sivil qaydalar çərçivəsində davam edir

110
0
SHARE

Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu dəqiqələrdə də sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

TAN.AZ xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.

Havanın soyuq olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on dörd gündür davam edir.