Home Gündəm On beşinci gün: aksiya iştirakçıları Dövlət Himnini səsləndiriblər

On beşinci gün: aksiya iştirakçıları Dövlət Himnini səsləndiriblər

116
0
SHARE

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 15 gündür davam edir.

TAN.AZ xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.