Home Gündəm XİN rəhbəri: Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar aparılır, bir sıra...

XİN rəhbəri: Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar aparılır, bir sıra nəticələr var

107
0
SHARE

İl ərzində Azərbaycan və Aİ arasında bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq davam etdirilib.

TAN.AZ xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın Aİ ilə əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni ikitərəfli saziş üzrə danışıqlar aparılır: “Bir sıra nəticələr var. İyul ayında Aİ-Azərbaycan əməkdaşlıq şurası keçirilib. Dekabr ayında Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin toplantısı olub və Azərbaycan orada təmsil olunub, öz mövqeyini çatdırıb”.

Nazir vurğulayıb ki, 2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb. Onun sözlərinə görə, Azərbaycanla NATO arasında praktiki əməkdaşlıq davam edib.