Home Gündəm Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səslənib

Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səslənib

128
0
SHARE

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.

TAN.AZ xəbər verir ki, diplomat bununla bağlı “Twitter“də paylaşım edib.

O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır.

Səfir diqqətə çatdırıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.

Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.