Home Gündəm MN: Erməni texnikasının atəşə tutulması ilə bağlı məlumat həqiqətəuyğun deyil

MN: Erməni texnikasının atəşə tutulması ilə bağlı məlumat həqiqətəuyğun deyil

103
0
SHARE

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

TAN.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.