Home Gündəm Həyata keçirilən bütün islahatların mərkəzində Azərbaycan xalqının rifahı durur…

Həyata keçirilən bütün islahatların mərkəzində Azərbaycan xalqının rifahı durur…

204
0
SHARE

Azərbaycan XXI əsrdə qızıl hərflərlə yazılmış tarixi nailiyyətlər qazanan, böyük inkişaf yolunda uğurla addımlayan, beynəlxalq müstəvidə güclü nüfuz və söz sahibinə çevrilən qüdrətli dövlətə çevrilmişdir ki, bütün qeyd olunan möhtəşəm uğurların əsasında məhz əsl Liderlik keyfiyyətləri-cənab İlham Əliyevin müdrik şəxsiyyəti-qətiyyətli və praqmatik siyasəti dayanır. 19 il ərzindəki siyasi fəaliyyətində bənzərsiz uğurlara imza atan möhtərəm Prezident İlham Əliyev həm siyasi arenada güclü diplomat kimi, həm ölkəmizin yüksələn xətlə inkişaf etməsində mühüm rolu olan dövlət xadimi kimi, həm də münaqişə meydanında qalib gələrək regionda Ali Baş Komandan kimi elə bir geosiyasi və geostrateji reallıq yaratmışdır ki, bugün birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikası tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycanın bütün sferalarda uğur qazanması hər birimizə ilk öncə bir vətəndaş olaraq qürur hissi yaşadır. Bu sahələrdən biri də məhz idmandır ki, bu istiqamətdə həyata keçirilən düzgün siyasət nəticəsində Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq kürsülərdə bayrağımız qürurla dalğalanır. Ona görə də məhz Azərbaycanda sağlam mühit vardır, sağlam, vətənpərvər ruhlu gənclər yetişir, xalqımızın rifah halı getdikcə daha da yaxşılaşır, bir sözlə Azərbaycan tərəqqi edir. Dövlətimizin əldə etdiyi nailiyyətlərin hər biri sevincimiz və qürurumuzdur. Sosial-iqtisadi cəhətdən güclənən ölkəmizin yeni-yeni nailiyyətləri bizi hədəfimizə çatdırır.

Bildiyimiz kimi cənab Prezident bir neçə gün öncə yerli televiziya kanallarına müsahibə verib, ölkəmizdə və dünyada cərəyan edən proseslərə diqqət çəkməklə, hazırda mövcud olan qlobal gərgin proseslər fonunda hər şeyə rəğmən Azərbaycanın böyük inkişaf yolu keçməsindən və güclü dövlətimizin gələcək hədəflərindən bəhs etmişdir. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər şəhid ailəsi və müharibə əlilləri kateqoriyasına aid olan şəxslərdən 13 min ailə mənzillərlə təmin edilib. İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Möhtərəm Prezident Laçın-Xankəndi yolundakı dinc aksiya keçirən fəallarımızın, vətənpərvər gənclərimizin də təşəbbüsünü yüksək qiymətləndirdi, onlara doğrudan da eşq olsun ki, haqlı mübarizə ilə ədalətli tələblərini irəli sürürlər.

Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsində səsləndirilən statistik faktlar Azərbaycanın sosial-iqtisadi cəhətdən gücləndiyini, inkişaf etmiş ölkələrlə rəqabət apara bilmə gücünü, xalqımızın rifahının hər il yüksək səviyyədə yaxşılaşdırılmasını və beynəlxalq aləmdəki nüfuzumuzun artdığını sübuta yetirir. Ona görə ki, Ölkənin idarə edər Lider-cənab İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasətin mərkəzində insan faktoru- Azərbaycan vətəndaşı və ölkəmizin maraqları dayanır. Ölkəmiz inkişaf edir, günbəgün çiçəklənir!

İlham Məmmədov deputat