Home Gündəm Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər

92
0
SHARE

Strasburqda yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayacaq.

TAN.AZ xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edəcək.

AŞPA qış sessiyası Assambleyanın yeni sədrinin və sədr müavinlərinin seçkisi ilə başlayacaq. Komissiyaların üzvləri təyin ediləcək. Sessiya “Rusiya Federasiyasının Ukraynaya təcavüzünün hüquqi və insan hüquqları məsələsi üzrə təcili prosedur debatlarla işini davam etdirəcək. Sessiyanın ilk günündə cari məsələlərin müzakirəsi çərçivəsində “Priştina və Belqrad arasında son gərginlik” və təcili prosedur müzakirələri zamanı isə “Dövlət xidməti işçilərinə hücumlar”a dair müzakirələr aparılacaq. Mayın 16 və 17-də İslandiyanın paytaxtında keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının dördüncü Zirvə Görüşünə dair AŞPA-nın təkliflərinə dair məruzə təqdim ediləcək.

Sessiyada İslandiyanın Baş naziri Katrin Yakobsdottir və Almaniyanın xarici işlər naziri Annalena Baerbokun çıxışları da gündəmdədir. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç kommunikasiyasını AŞPA üzvlərinə təqdim edəcək.

Qadınlara qarşı zorakılıqla mübarizə mövzusu sessiyanın əsas məqamlarından olacaq, münaqişə ilə bağlı cinsi zorakılığa dair debatlar, İstanbul Konvensiyası, eləcə də qadınlara qarşı zorakılığa son qoyulmasında kişilərin rolu və məsuliyyətinə dair birgə debatlar təşkil ediləcək.

Sessiyanın gündəliyinə silahlı münaqişələrin ətraf mühitə təsiri, izləmə proqramları, etik, mədəni və təhsil problemləri də daxildir.

Assambleya yekun gündəliyini sessiyanın açılışında təsdiqləyəcək.