Home Cəmiyyət Deputat Jalə Əliyeva: xain hücumu hiddətlə qınayırıq

Deputat Jalə Əliyeva: xain hücumu hiddətlə qınayırıq

1273
0
SHARE
Jalə Əliyeva

İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bir ölkənin səfirliyi, həmin ölkənin ərazisi hesab edilir. Və bu hadisə də təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir. Bununla da beynəlxalq hüququn bütün normaları pozulub. Təkcə hadisəni törədən deyil, rəsmi İran cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: HEÇ BİR TƏHDİD, HEÇ BİR TƏZYİQ AZƏRBAYCANI ÖZ DOĞRU YOLUNDAN VƏ ƏDALƏTLİ MÜBARİZƏSİNDƏN GERİ ÇEVİRƏ BİLMƏYƏCƏK!

Allah şəhidimizə rəhmət etsin!