Home Gündəm Azərbaycan XİN: Bərpa quruculuq işlərində də Türkiyənin yanında olacağıq

Azərbaycan XİN: Bərpa quruculuq işlərində də Türkiyənin yanında olacağıq

102
0
SHARE

Zəlzələdən irəli gələrək hər məqamın özünün prioritetləri var. Hazırda əsas prioritet insanları xilas etmək, yaralılara kömək göstərməkdir və növbəti mərhələdə bu bölgələrin hamısını yenidən həyata qaytarmaq olacaq. Bununla bağlı olaraq Prezident Rəcəb Tayyib Ərdoğan artıq bir zaman mesajı da verdi ki, bir il ərzində Türkiyə bunun öhdəsindən gələcək.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında söyləyib.

“Biz əminik ki, qüdrətli Türkiyə dövləti bunun öhdəsindən gələcək. Azərbaycan dövləti adından Prezident İlham Əliyev bunu artıq bəyan edib ki, biz ilk dəqiqələrdən, ilk saatlardan türkiyəli bacı və qardaşlarımızın yanında olmağımızla bərabər, bütün bu proseslərdə, o cümlədən bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacağıq”, – deyə Ceyhun Bayramov vurğulayıb.