Home Gündəm Nazir: Azərbaycan Qarabağdakı erməni əsilli vətəndaşlarının inteqrasiyasına hazırdır

Nazir: Azərbaycan Qarabağdakı erməni əsilli vətəndaşlarının inteqrasiyasına hazırdır

94
0
SHARE

Azərbaycan sülh gündəliyi çərçivəsində Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi müstəvidə inteqrasiyasına hazır olduğunu dəfələrlə bildirib. Amma haradansa gələn, kiminsə oyununu oynayan Vardanyan kimilər bizim tərəf müqabilimiz ola bilməz.

TAN.AZ xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, bu layihənin arxasında dayananlar da sonunda bundan bir nəticə çıxmayacağını anladılar.

“Reinteqrasiya məsələsinə gəldikdə, dəfələrlə vurğulanıb ki, bu, beynəlxalq hüququn normalara uyğun formatda aparılmalıdır”, – deyə Ceyhun Bayramov diqqətə çatdırıb.