Home Gündəm Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

88
0
SHARE

Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Gallant ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

TAN.AZ xəbər verir ki, Azərbaycan xarici işlər naziri bu barədə “Twitter“ hesabında bildirib.

“İsrailə rəsmi səfərim çərçivəsində İsrailin müdafiə naziri ilə hərtərəfli fikir mübadiləsi baş tutdu. Müdafiə sahəsində əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdik. Azərbaycan – İsrail tərəfdaşlığını daha da gücləndirmək öhdəliyimizi bir daha bəyan etdik”,- nazir qeyd edib.

***

15:37

İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müdafiə naziri Yoav Gallantla görüşüb.

TAN.AZ xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.

Səfir tərəflər arasındakı görüşün dostluq şəraitində keçdiyini bildirib, görüşü məhsuldar adlandırıb.

Dik qeyd edib ki, nazirlər İsraillə Azərbaycan arasında strateji münasibətlərin genişləndirilməsini müzakirə ediblər.