Home Gündəm ADMİU-nun 100 illiyinə həsr olunmuş Aşıq Sənəti kafedrasının konserti baş tutub

ADMİU-nun 100 illiyinə həsr olunmuş Aşıq Sənəti kafedrasının konserti baş tutub

584
0
SHARE

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert proqramı baş tutub. Əməkdar Mədəniyyət İşçisi, Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, universitetin dosenti, tanınmış aşıq Samirə Əliyevanın rəhbərlik etdiyi Aşıq sənəti kafedrasının müəllim və tələbə heyətindən ibarət konsert proqramı tamaşaçıların və aşıq sənəti sevərlərin böyük alqışları ilə qarşılanıb. Samirə Əliyevanın rəsmi çıxışından sonra konsertin bədii hissəsi başlayıb. Konsert iştirakçıları aşıq musiqilərini həm klassik, həm də müasir ülubda səsləndiriblər. Konsertdə sözügedən kafedranın müdiri Samirə Əliyeva, müəllimləri Fəzail Orucov, Murad Səmədzadə, Altay Məmmədov, Nemət Qasımov, Hazif Kərimov, konsertmeysterlər İlahə Rəncibər, Səidə Hacıyeva və tələbələrinin ifasında həm tanınmış bəstəkarların əsərləri ifa oxunub, həm də dastançılıq ən-ənəsinə aid olan səhnələr nümayiş etdirilib. Bu da da indiyə qədər bu aşıq konsertini, digər ən-ənəvi aşıq tədbirlərindən fərqləndirən əsas xüsusiyyət olub.


Möhtəşəm konsertin bütün ssenarisi və rejissorluğu Samirə Əliyevaya aiddir. Gecənin ən təsirli və sürpriz dolu məqamlarından biri də kafedranın məsləhətçi professoru, Əməkdar Mədəniyyət İşçisi aşıq Əhliman Rəhimovun səhnəyə dəvət olunaraq, aşıq sənəti kafedrasının tələbə və müəllim heyətinin onun ətrafında rəqs edib, mahnı oxuması olub. Bu da aşıq sənəti kafedrasında olan doğmalığın, mehribanlığın, ustad-şagird münasibətlərinin qorunub saxlanılmasının bariz nümunəsidir.

Qeyd edək ki, aşıq sənəti kafedrasına Samirə xanımdan öncə aşıq Əhliman rəhbərlik edib. Musiqili gecədə universitetin rektoru, professor Ceyran xanım Mahmudova başda olmaqla digər professor və müəllim heyəti, fəxri qonaqlar iştirak ediblər.